Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda növbəti nar bayramı keçiriləcəkdir

15 oktyabr 2014 | 15:00

 

Noyabr ayının 1-də Göyçay şəhərində ənənəvi nar bayramı keçiriləcəkdir.
Nar bayramına hazırlıqla əlaqədar Göyçay rayon icra hakimiyyətinin xüsusi  tədbirlər planına əsasən həyata keçirilən səliqə səhman,quruculuq abadlıq işləri şəhərin mərkəzi küçələrini, park və xiyabanlarını əhatə edir. Heydər Əliyev prospektində Əli Kərim, Nətavan, Mehdi Hüseyin küçələrində numunəvi şərait yaradılır. İctimai yaşayış binalarının dam örtükləri, fasad hissələri müasir körkəmə salınır. Küçələrə asfalt örtüyü döşənir,istinad divarları çay daşları ilə üzlənir. Heydər Əliyev sarayının qarşısındakı şəlalə kompleksi bərpa edilir. Mədəniyyət kollektivləri, musiqi məktəbinin şagirdləri, uşaq yaradıcılıq mərkəzi də bayrama həvəslə hazırlaşırlar. Mahnı, rəqs qrupları, folklorçu qadınlar, xor kollektivləri məşqlərini davam etdirirlər. Rayonun muzey işçiləri də festivalda milli mənəvi dəyərlərimizi, tarixi keçmişimizi layiqincə təbliğ etmək üçün qədim eksponatlardan ibarət kolleksiyalar formalaşdırırlar. İstehsal müəssisələri isə fermerlərdən nar məhsullarını qəbul etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Bu il təxminən 30 min  ton nar məhsulunun tədarükü gözlənilir. Noyabr ayının birində keçiriləcək ənənəvi nar festivalının yüksək səviyyədə təşkili üçün təşkilatçılara, o cümlədən icra və bələdiyyə orqanlarına tövsiyyələr verilib.

Keçidlər