Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 2014-cü ilin doqquz ayının yekunları müzakirə edilmişdir

13 oktyabr 2014 | 15:00

 

 

Göyçay rayon İcra Hakimiyyəində 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda bu ilin yanvar-sentyabr aylarında Göyçay rayonunda həyata keçirilən tədbirlər nəticəsində 600 yeni iş yeri açılıb, ümumi məhsul istehsalı 7,7 faiz və ya 12,5 milyon manat artaraq 174,3 milyon manata çatıb.
Tədbirdə çıxış edənlər bildirdilər ki, həmin müddətdə rayonda 19,6 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur. Həmçinin 69,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib.
Rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumat verilərkən qeyd edildi ki, ötən dövr ərzində Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə içməli su mənbəyi olmayan Bığır kəndində modul tipli sutəmizləyici qurğunun tikintisi, Şamaxı-Yevlax avtomobil yolunun Göyçay ərazisindən keçən hissəsinin yenidən qurulması, rayon mərkəzi xəstəxanasının əsaslı təmiri işləri davam etdirilib, Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi və Göyçay-Ucar yolunun əsaslı təmiri işləri başa çatdırılıb. Rayon şahmat məktəbinin tikintisi başa çatdırılıb, Gənclər evinin tikintisi, rayon mədəniyyət evinin təmiri və Heydər Əliyev prospektindəki yaşayış binalarının fasad hissələrinin müasir memarlıq baxımından yenidən qurulması və dam örtüklərinin təzələnməsi işləri davam etdirilib, şəhərin Heydər Əliyev prospektinə, Nizami, R.Rza və M.Ə.Rəsulzadə küçələrinə yeni asfalt örtüyü döşənib. Bundan əlavə Müskürlü kəndində 180 və Qəbələ-Müskürlü kəndində 80 yerlik məktəb binalarının tikintisi, Cəyirli kəndindəki 60 yerlik uşaq bağçasının əsaslı təmiri başa çatdırılıb və Potu kəndində 100 yerlik uşaq bağçası üçün binanın tikintisinə başlanılıb.
Tədbirdə görülən işlər təhlil olunmaqla yanaşı, sosial infrastrukturun möhkəmləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, rabitə, idman sahələrinin inkişaf etdirilməsi, sahibkarlığa dəstək verilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər