Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda daha iki kəndin müəllim və şagirdləri tədris ilini yeni məktəblərdə qarşılayıblar

15 sentyabr 2014 | 15:00

 

 

Sentyabrın 15-də Göyçay rayonunun Müskürlü və Qəbələ Müskürlü kəndlərində yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikilən 180 yerlik Müskürlü və 80 yerlik Qəbələ Müskürlü kənd məktəblərinin açılışında çıxış edənlər son illər ölkədə müasir tipli yeni məktəb binalarının inşasının geniş vüsət aldığını bildiriblər. Qeyd edilib ki, bu il Heydər Əliyev Fondunun dəstəyi ilə rayon şahmat məktəbi də əsaslı təmir edilib. Rayonun bütün tədris ocaqlarında cari təmir bərpa işləri aparılıb.
Müskürlü kəndindəki 180 yerlik ikimərtəbəli və Qəbələ Müskürlü kəndindəki 80 yerlik birmərtəbəli yeni məktəb binaları müasir üslubda inşa olunub və lazımı maddi-texniki baza ilə təchiz edilib. Təhsil ocaqlarının qazanxanası, idman zalı, yeməkxanası, laboratoriyası və fənn kabinetləri vardır.
Tədbirlərdə məktəb direktorlarının, müəllim və şagirdlərin, ağsaqqalların təbriki, xeyir-duası dinlənilib, binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilib və məktəblərdə tədris üçün yaradılan şəraitlə tanışlıq olub. Birinci sinif şagirdlərinə çanta və məktəbli ləvazimatları verilib.

 

Keçidlər