Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Həmyerlimiz yeniyetmələrin II Yay Olimpiya oyunlarında gümüş medal qazanmışdır

11 sentyabr 2014 | 15:00

 

09 -10 may 2014-cü il tarixində Bolqarıstanın Samakov şəhərində Yunan-Roma güləşi üzrə 1998-ci il təvəllüdlü yeniyetmələrin Avropa birinciliyi keçirilmişdir. Həmyerlimiz Cabbar Nəcəfov həmin birincilikdə Azərbaycanın yığma komandası tərkibində iştirak etmişdir.  0,50 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək  Avropa çempionu olmuş və Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya oyunlarına lisenziya əldə etmişdir.
Nanjinq şəhərində 20-26 avqust tarixlərində keçirilən yarışda həmyerlimiz yalnız finalda özbək idmançısına xal hesabı ilə uduzaraq  gümüş medala layiq görülmüşdür.  Ölkə prezidenti cənab İlham Əliyev idmaçıları onların  məşqçilərini qəbul etmiş və onlara öz ürək sözlərini söyləmişdir.  Cabbar Nəcəfova və onun məşqçisi Namət  Şirinova ölkə prezidentinin sərəncamı ilə pul mükafatı ayrılmışdır.
Cabbar Nəcəfovu, Namət Şirinovu rayon icra hakimiyyəti  başçısı Mənsur Məmmədov  qəbul etmiş  və onlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər