Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ali məktəblərə daxil olan göyçaylı gənclərlə görüş keçirilmişdir

02 sentyabr 2014 | 15:00

 

Bu il 311 nəfər göyçaylı gənc test imtahanlarından yüksək bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olub. Abituriyentlərdən 12 nəfər isə 600-dən çox bal toplayıb. Bu məlumatlar Göyçay rayon icra hakimiyyətinin təşəbbüsü ilə ali məktəblərə qəbul olmuş gənclər ilə təşkil olunan ənənəvi görüşdə verilib.
Göyçay rayon icra hakimiyyəti rəhbərliyinin, qabaqcıl pedaqiji ictimaiyyətin, yeni tələbə adını qazanmış abituriyentlərin və onların valideyinlərinin iştirak etdikləri görüşdə yeni nəslin inkişafına, təhsilin maddi texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından faktlarla söz açılıb. Rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyev bildirib ki, Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 12 müasir məktəb binası tikilib, 8 təhsil ocağı əsaslı şəkildə yenidən qurulub. Bunun nəticəsidir ki, göyçaylı gənclərin ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yüksəlir. Bu il 311 abituriyent tələbə adını qazanıb. 12 məzun 600-dən çox bal toplayıb. Şəhər 2 saylı tam orta məktəbin yetirməsi Vəfa Mehdiyeva rayon üzrə ən yüksək nəticə göstərərək 684 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olub. Görüşdə gəncləri və onların valideyinlərini təbrik edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov yeni nəslin qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, göyçaylı gənclər yüksək elmi biliklər qazanmaqla onlara göstərilən ümidləri doğruldacaqlar. Tələbələr çıxış edərək onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər. Tədbirdə yüksək bal toplamış tələbələrə qiymətli hədiyyələr təqdim olunub. Görüş boyu yerli mədəniyyət işçilərinin təqdim etdikləri rəngarəng mahnı çələngi, rəqs nömrələri, poeziya nümunələri yadda qalan olub.

Keçidlər