Təhsil naziri Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Avqustun 18-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Qəbulda iştirak edən vətəndaşlar əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranan problemlər, xaricdə təhsil, yeni məktəblərin tikilməsi, məktəb təmiri, pedaqoqların yaş həddi ilə bağlı əlavə müqavilələrin bağlanması, eksternat qaydasında şagirdlərin sinifdən-sinifə keçirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşları dinləyən nazir Mikayıl Cabbarov bəzi problemləri elə yerindəcə həll edib, səlahiyyətləri çərçivəsində olan digər problemlərin həlli istiqamətində göstərişlər verib. Onu da qeyd edək ki, nazirin qəbulunda iştirak etmək üçün müraciət edənlərin sayı təxminən 60 nəfər olub.