Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Gənclər hərbi xidmətə təntənə ilə yola salınıb

17 iyul 2014 | 15:00

 

     Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən iyulun 17-də Göyçay rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. 
     Çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər, valideynlər və gənc çağırışçılar iştirak edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon bölməsinin rəisi mayor Anar Hüseynov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi arzulayıblar. Gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib.
       Natiqlər hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıblar. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Eyni zamanda, xüsusi olaraq qeyd edilib ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb.
        Tədbirdə çıxış edən Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulayıblar. Hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının Vətənin keşiyində durmağa getdikləri üçün qürur duyduqlarını söyləyiblər və onlara ölkəmizə layiqli əsgər olmağı tövsiyyə ediblər.                                             
        Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çağırışçı gənclərə qiymətli hədiyyələr təqdim edib.  Sonda çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək müqəddəs “Qurani Kərim” kitabının altından keçərək hərbi hissələrə yola düşüblər.

Keçidlər