Sahibkarlar, gənclər və ağsaqqallarla görüş keçirilib
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev rayonda fəaliyyət göstərən sahibkarlar, eləcə də gənclər və ağsaqqallarla görüş keçirib.
Rayon icra hakimiyyətində keçirilən tədbirdə onların fikirləri, qayğı və istəkləri dinlənilib. Bildirilib ki, rayonda sahibkarlıq fəaliyyəti üçün iş adamlarına normal şərait yaradılıb. Onlar rayonda özəl sektоrun inkişafında, yeni iş yerlərinin açılmasında maraqlı olduqlarını və bunun üçün dövlətdən lazımi səviyyədə dəstək aldıqlarını bildiriblər.
Gənclər və ağsaqqallar dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, rayonda gənclərin sağlamlığı, məşğulluğunun təmin edilməsi və onların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımı şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi inşa edilərək gənclərin ixtiyarına verilib. Hazırda rayonda gənclər mərkəzi inşa edilir.
Tədbirdə təkliflər irəli sürülüb, suallar cavablandırılıb.