Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhadət kəndində növbəti səyyar qəbul keçirildi

16 iyul 2014 | 15:00

 

Qabaqcadan tərtib olunmuş qrafikə əsasən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun yerli sakinlərlə görüşü bu dəfə Şəhadət kəndində keçirilmişdir. Görüşdə kənd sakinləri ilə yanaşı rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdilər.
Səyyar qəbulu rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov açmışdır.
Sonra söz yerli sakinlərə verildi. Sakinlərdən Şərifova Rübabə Qərib qızı, Salmanova Lətafət Məhiyyəddin qızı, Məmmədova Xatirə Kərəm qızı, Rəcəbov Neman Əlövsət oğlu, Kərimov Cümşüd Ağakərim oğlu, Məmmədov Çingiz Hümbət oğlu, Kərimov Aydın Faiq oğlu, Quliyev Mirzəağa Qulu oğlu, Kərimov Ərəstun Racəddin oğlu, Qaçayev Müslüm Bədrəddin oğlu çıxış edərək ölkədə gedən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını bildirməklə yanaşı, yerli əhəmiyyətli problemləri də qeyd etdilər.
Rayon icra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları məsələləri dinləyərək əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir.

Keçidlər