Göyçayda polis əməkdaşlarının peşə bayramı qeyd olunmuşdur
Azərbaycan polisinin peşə bayramı münasibətilə iyulun 2-də Göyçay rayonunda tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, qonaqlar və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Bayram tədbirində çıxış edənlər ölkəmizdə polisin fəaliyyətinin demokratik standartlara daha da uyğunlaşdırılması istiqamətində görülən işlərdən, dövlətin hüquq mühafizə orqanlarının işçilərinə olan diqqət və qayğısından söz açmış və Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bildirmişlər. Natiqlər Göyçay polisinin uğurlarından danışmış, polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş və şərəfli işlərində onlara uğurlar dinləmişlər.
Fəaliyyətlərində fərqlənən polis əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.