İyunun 23-də Göyçayda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir
Rayonun dövlət qulluqçuları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər. Sonra keçirilən yığıncaqda “Dövlət qulluğu haqqında” Qanunun mahiyyəti, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri barədə məlumat verilmişdir.
Tədbirdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışılmış, müstəqil dövlətimizin təşəkkül tapmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən, bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açılmışdır. Tədbirdə çıxış edən natiqlər bildirmişlər ki. dövlət qulluğunda işləmək üçün peşəkarların imtahan və müsabiqələr yolu ilə qəbulu da dövlət başçısı İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqətin nəticəsidir.
Dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, ölkənin tərəqqisi naminə bundan sonra da əzmlə işləyəcəklərini söyləmişlər.