Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 15 iyun-Milli Qurtuluş günü qeyd edilmişdir

14 iyun 2014 | 15:00

 

Göyçay rayonunda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, «Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”, “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanın müasir təhsil sistemində aparılan islahatlar”, “Heydər Əliyev milli irsin keşiyində”, “Xalqımızın xilaskarı”, “Müstəqilliyimiz əbədidir” mövzularında konfranslar və “dəyirmi masa”lar təşkil olunmuşdur.
Keçirilən bütün tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən danışılmış, Azərbaycan xalqı yaşadıqca ümummilli liderin də yaşayacağı qeyd olunmuşdur.
İyunun 15-də isə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev parkında rayon Mədəniyyət evinin təşkilatçılığı ilə bayram konserti keçirilmişdir.

Keçidlər