Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylı uşaqlar bayram sevincini yaşamışlar

02 iyun 2014 | 15:00

 

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göyçay rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir.
Tədbirdə rayonun orta məktəblərinin şagirdləri, uşaq bağçalarında və internat məktəbində təlim-tərbiyə alan uşaqlar, habelə Göyçayda məskunlaşmış məcburi köçkün ailələrinin uşaqları iştirak etmişlər.
Çıxış edənlər ölkəmizdə uşaqlara, xüsusilə kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər. Bayram şənliyində uşaq musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etmişlər.

Keçidlər