Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ulu öndərin xatirəsinə həsr edilmiş turnir keçirilmişdir

11 may 2014 | 15:00

 


      Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Göyçay Olimpiya İdman Kompleksində mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
     Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 14 komanda iştirak etmişdir. Yarışın bağlanış mərasimində iştirak edənlər ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Çıxış edənlər ölkədə idmana göstərilən dövlət qayğısından, əldə edilən nailiyyətlərdən söz açmış, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafı ilə bağlı yürütdüyü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
     Turnirdə ilk 3 yeri tutan komandalara diplom və medallar verilmişdir.

Keçidlər