Göyçayda müharibə veteranları ilə görüş keçirilmişdir
Göyçay rayonunda ikinci dünya müharibəsi veteranları ilə görüş keçirilmişdir. Mayın 9-da rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri və gənclər əvvəlcə müharibədə həlak olan insanların xatirəsini ehtiramla yad edərək “Ana” abidə kompleksi önünə gül dəstələri qoymuşlar. Sonra 11 nəfər Böyük Vətən Müharibəsi veteranı yaşadığı evdə ziyarət edilmişdir. Rayon rəhbərliyi veteranları Qələbə günü münasibətilə təbrik etmiş, onları cəmiyyətin əziz, hörmətli insanları olduğunu bildirmişlər. Yataq xəstəsi olan veteranlara şəfa dilənmiş, onlara can sağlığı arzu edilmişdir. Onların hər birinə rayon icra hakimiyyətinin başçısı tərəfindən ərzaq bağlaması verilmişdir. Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq etmişlər.