Şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu
14 aprel 2022-ci il tarixdə rayon icra hakimiyyətində Vətən müharibəsi şəhidlərinin medalları ailə üzvlərinə təqdimolunma tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Famil Əliyev, RİH başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında göstərdiyi gücü, qüvvəni, Ali Baş Komandan, Ölkə Prezidenti Cənab İlham Əliyevin qətiyyətli mövqeyindən danışdı.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisi Famil Əliyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, “Şəhid ailələrinə qayğı” Cəmiyyətinin yerli şöbəsinin sədri Eldəniz Rüstəmov, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov və digərləri çıxış edərək qorxmaz, cəsur əsgərlərimiz düşmənin hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini, atəş nöqtələrini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Sonda 17 şəhid ailəsinə “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları təqdim olundu.