Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində abadlıq-təmizlik işləri mütəmadi olaraq davam etdirilir

11 aprel 2022 | 16:00

 Bahar mövsümünün gəlməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, aidiyyəti təşkilatların iştirakı ilə rayon ərazisində aparılan abadlıq-təmizlik işləri daha da genişləndirilmişdir.
  Belə ki, şəhər və kəndlərin ərazisində, rayon ərazisindən keçən respublika əhəmiyyətli avtomobil və kəndarası yolların kənarları kol-kosdan, məişət tullantılarından, alaq otlarından suvarma arxları lil  və çöküntülərdən, təmizlənir, ağaclara qulluq edilir və geniş abadlıq-təmizlik işləri aparılır.
  Şəhər ərazisində dağılmış asfalt örtükləri cari təmir olunur, küçə və prospektlərdəki yol cizgi xətləri və piyada zolaqları yenilənir, piyada səkilərində təmir-bərpa işləri görülür.
Bütün bunlar Göyçay rayonunun təmiz və abad olması, həmçinin sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir. Rayon əhalisi və rayonumuzun qonaqları görülən işləri dəstəkləyir. Bütün sakinləri ətraf mühitə qarşı diqqətli olmağa, abadlıq işlərindən sonra ərazinin təmiz saxlanılmasına, arxlara məişət tullantılarının atılmamasına xüsusi diqqətlə yanaşmalarını tövsiyə edirik.
Qeyd edək ki, təmizlik işlərində rayonun gəncləri, ayrı-ayrı vətəndaşlar yaxından iştirak edir, başqalarına nümunə göstərirlər.

Keçidlər