Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu

31 mart 2022 | 16:00

 Göyçayda 31 mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Soyqrım Abidə kompleksi”nin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  Əvvəlcə tədbir iştirakçıları 31 mart soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı uğrunda həlak olan bütün şəhidlərin  əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və “Soyqrım Abidə kompleksi”nin önünə gül-çiçək dəstələri düzmüşlər.
  Tədbirdə çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart Azərbaycanlıların Soyqırımı Günü” haqqında fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi elan edildiyini bildiriblər. Bu fərman ermənilərin törətdiyi soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə çıxarılmasında göstərilən səylərin artırılmasına təkan verdiyini qeyd ediblər.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə, haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməzlik, birlik və həmrəylik nümayiş etdirmiş, dövlət başçımız, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olmuşdur.

Keçidlər