Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi qeyd edilmişdir

29 aprel 2014 | 15:00

 

     Görkəmli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi münasibətilə aprelin 28-də YAP Göyçay rayon təşkilatında tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, mərkəzi rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, baş həkimin müavini, YAP rayon təşkilatının sədr müavini Ləman Hacıyeva, göz həkimi Şəfaət İmranova çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs etmişlər.
      Natiqlər qeyd etmişlər ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etmişdir. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərmişdir.
      Vurğulanmışdır ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, bir prezidentin həyat yoldaşı, digər prezidentin isə anası olmuşdur. Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirmişlər.
      Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və onun həyat yoldaşı akademik Zərifə Əliyevanın, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir, məktəblilər şeir söyləmişlər.

Keçidlər