Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir

23 mart 2022 | 16:00

 Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlər çərçivəsində 23 mart 2022-ci il tarixdə Göyçay şəhərindəki küçələrdən bəzilərinə şəhid adlarının verilməsi münasibətilə tədbir keçirilmişdir.
  Göyçay rayonunun küçələrinə Qarabağ müharibəsi şəhidləri Maarif Həsənov və Niyaz Məmmədovun adları verilmişdir.
  Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.
  Açılış tədbirində şəhidlərin Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Göyçayda şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanıb.

Keçidlər