Erkən nikahların qarşısının alınması məqsədilə tədbir keçirildi
Göyçay Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ’’Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, həyata keçirilən tədbirlərə baxmayaraq erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda və xarici ölkələrdə yaşayan soydaşlarımız ictimai fəal insanlar qeyri hökümət təşkilatlarının nümayindələri, din xadimləri ümmilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.
Sonra “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva layihə barəsində geniş məlumat verərək, əsas məqsədin erkən nikahların qarşısını almaq olduğunu və bu sahədə maarifləndirmənin daha geniş olmasını bildirdi.
Azərbaycan Respublikasının Qeyri–Hökümət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi üzrə meneceri Nigar Ağakişiyeva Agentliyin bu mövzu istiqamətində layihələrə böyük önəm verdiyindən danışdı. O, daha sonra bu istiqamətdəki layihələr üzrə keçirilən təlim və seminarlara iştirakçıların, yəni yeniyetmə və gənclərin valideynləri ilə birgə cəlb olunmasını tövsiyyə etdi. Xüsusi olaraq qeyd etdi ki, bu, həm də valideyn-övlad arasındakı münasibətin hansı səviyyədə olduğunu göstərmiş olacaq. Agentliyin əməkdaşı könüllülük məsələsinə də toxunaraq bildirdi ki, gənclərin könüllülük fəaliyyətlərinin onların ictimai həyatdakı aktivliklərinin artmasına müsbət təsir göstərməklə bərabər onların təhsildən kənarda qalmamalarına dəstək verəcəkdir.
Layihə üzrə ekspert Nailə İsmayılova erkən nikahın baş vermə səbəbləri haqqında auditoriyaya məlumat verdi. Eyni zamanda o, erkən nikaha məcburetmənin sosial-psixoloji fəsadlarının yaranmasında valideynlərin məsuliyyət daşıdıdığını və lazım gəldikdə məsuliyyətə cəlb olunmalarının vacibliyini xüsusi olaraq qeyd etdi. Ekspert onu da bildirdi ki, əsasən kənd yerlərində erkən nikaha daxil olmağa məcbur edilən qızlar haqqında məlumatlar toplanmalı və monitorinqlər aparılaraq onlar arasın da maarifləndirmə işini gücləndirərək qarşısının alınmasına cəhd göstərilməlidir.
Layihənin hüquqşünası, Ədliyyə Akademisiyanın professoru, Dövlət müaşaviri Mətanət Əsgərova erkən nikahların anlayışı, yetkinlik yaşına çatmayan şəxsi nikaha girməyə məcbur etmənin zorakılıq hesab edilməsi, nikaha girməyə məcbur etməyə görə məcbur edən şəxslərin, o cümlədən valideynlərin cinayət məsuliyyəti, zərərçəkmişin dövlət müdafiəsinin xüsusiyyətləri, o cümlədən erkən nikahdan doğulan uşaqların rəsmiləşdirilməsinin və dövlət müdafiəsinin xüsusiyyətləri, erkən nigahların doğurduğu hüquqi problemlər və onların həlli yolları barədə danışdı.
GQŞ-nin rəisi K.Məmmədova bölgələrdə erkən nikahın qarşının alınması gənclərin təhsillə yönəldilməsi üçün geniş təbliğat aparilması üçün müxtəlif idarə və təşkilatlarla birgə silsiləli tədbirlər keçirildiyini və ailələrlə söhbətdə ‘’Uşaqdan gəlin olmaz’’ fikirini çatdırdıqlarını dedi.
Tədbir gənclərlə səmimi diskusiya şəkilində keçirildi
Sonda tədbirdə iştirak edənlərin sualları cavablandırıldı. Məxfilik qorunma şərtilə müraciət edilən insanlara hüquqi yardım edildi.