Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Heydər Əliyev Mərkəzində nigah mərasimi keçirilmişdir

28 aprel 2014 | 15:00

 

27 aprel 2014-cü il tarixdə rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində iki gənc ailənin – İsmayılov Qaraş Piralı oğlunun və Yediyarova Selcan Elşad qızının, Əsgərov Zabit İmran oğlu ilə Qasımova Surayə Habil qızının -  nigah mərasimi keçirilmişdir.
Nigah mərasimindən əvvəl gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzində, eksponatlarla tanış olmuşlar.
Qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova nigahları qeydə almış, yeni evlənən ailələri rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova təbrik etmişdir.
Rayon icra hakimiyyəti tərəfindən gənc ailələrə hədiyyələr təqdim edilmişdir.

Keçidlər