Göyçayda gənclər arasında idman oyunları keçirilib
Gənclər və İdman Nazirliyi tərəfindən 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilən “İdman həftəsi” çərçivəsində Göyçayda gənclər arasında əyləncəli idman oyunları və şahmat yarışı keçirilib.
Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə idarənin işçiləri, məşqçi-müəllimlər, məktəblilər, idman həvəskarları, valideynlər iştirak ediblər.
Şahmat yarışı üzrə qızlar və oğlanlar qrupu arasında keçirilən rayon birinciliyində 6 nəfər 3 qız və 3 oğlan I, II , III yerə layiq görülüb və diplomlarla təltif olunublar.
Gənclər arasında idmana marağın artırılması məqsədilə rayonun təhsil müəssislərində "Futbol yarışı" və "Kros yarışı" oyunları keçirilmişdir.
Yarışlarının keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasıdır.