Göyçayda maarifləndirmə tədbiri keçirilib
Fevralın 28-də Göyçay Peşə liseyində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon Polis Şöbəsinin rəis müavini Rasim Mirzəyev, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Zöhrabov, komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Ədliyyə Nazirliyi Göyçay Rayon Qeydiyyat Şöbəsinin rəisi Könül Məmmədova, rayon Gənclər Evinin direktoru Fərid Əkbərov, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirləri davam etdirilir. Eyni zamanda, bu istiqamətdə maarifləndirmə işlərinin də həyata keçirildiyi qeyd olunub.
Natiqlər, həmçinin cəmiyyəti narahat edən problemlərdən olan - narkomaniya, erkən nikah məsələlərinə də toxunublar.
Sonda iştirakçıların sualları cavablandırılıb.