Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
26 fevral 2022 | 16:00
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Göyçayda şəhərin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayonun küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, Azərbaycanın dövlət bayraqları endirilib.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.