YAP Göyçay rayon təşkilatının yeni sədri ictimaiyyət nümayəndələrinə təqdim edilib
14 fevral 2022-ci il tarixdə YAP rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstünu ziyarət edilib, önünə gül dəstələri düzülüblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək YAP Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovu ictimaiyyətə təqdim etmişdir.
Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş, yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyası yüz minlərin partiyasıdır.
YAP Göyçay rayon təşkilatına sədr təyin olunmuş Sahib Şükürov göstərilən etimada görə ölkə başçısı cənab İlham Əliyevə və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd etmişdir.
Daha sonra Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva, Yeniarx kənd tam orta məktəbinin direktoru Ayaz Babayev çıxış edərək Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni sədrini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıblar.