Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Hesabat

 

ETİK DAVRANIŞ MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR GÖRÜLƏN

İŞLƏR BARƏDƏ GÖYÇAY RAYON İCRA HAKİMİYYƏTİNİN

HESABATI (2024-CÜ İL ÜZRƏ)

 

         “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
        Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunması məsələsi vaxtaşırı olaraq rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifəli şəxslərinin iştirakları ilə müzakirə olunmuş, iştirakçılar etik davranış qaydaları barədə məlumatlandırılmışdır.

         2024-cü ildə dövlət qulluqçularının iştirakı ilə “Etik davranış qaydalarının prinsipləri”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında  Azərbaycan Respublikasının Qanununu ilə tanışlıq” mövzularında təlimlər keçirilmişdir.

       2024-ci il ərzində  etik davranış qaydalarının pozulmasına görə rayon icra hakimiyyəti başçısı aparatının 3 (üç) əməkdaşı, rayon icra hakimiyyəti başçısının 1 inzibati ərazi dairəsi üzrə nümayəndəsi barəsində intizam tənbehi (töhmət) tətbiq edilmişdir.

 

 

ETİK DAVRANIŞ MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR GÖRÜLƏN İŞLƏR BARƏDƏ

GÖYÇAY RAYON İCRA HAKİMİYYƏTİNİN HESABATI (2021-Cİ İL ÜZRƏ)

 

              “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Göyçay rayon icra hakimiyyəti tərəfindən 2021-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
            Dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunması məsələsi mütəmadi olaraq hər il rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifəli şəxslərinin iştirakları ilə müzakirə olunmuş, iştirakçılar etik davranış qaydaları barədə məlumatlandırılmış, bəzi dövlət qulluqçuları ilə fərdi söhbətlər aparılmışdır.
           Etik davranış qaydalarına əməl olunması məsələsi rayon icra hakimiyyəti başçısı yanında 2021-ci ildə keçirilən Şuranın iclaslarında müzakirə edilmiş, müzakirələrin nəticəsi olaraq müvafiq qəraralar qəbul olunmuş, aparatın və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifəli şəxslərinə etik qaydalara əməl olunması, vətəndaşlarla mədəni və təmkinli davranılması tapşırılmışdır.
           2021-ci il ərzində  etik davranış qaydalarının pozulmasına görə rayon icra hakimiyyəti başçısı aparatının iki əməkdaşı barəsində intizam tənbehi tətbiq edilmiş, rayon icra hakimiyyəti başçısının 1 inzibati ərazi dairəsi üzrə nümayəndəsinə xəbərdarlıq olunmuşdur.

Keçidlər