SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək
25 sentyabr 2025 | 14:33
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Göyçay rayonunda vətəndaş qəbulu 26 sentyabr saat 11:00-da Gənclər Mərkəzində baş tutacaq. Görüş zamanı Göyçay və Ağdaş rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 050-845-91-01) müraciət edə bilərlər.






