Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edəcək

04 dekabr 2023 | 16:28

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 15 dekabr 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Ağdaş, Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 11 dekabr 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Keçidlər