Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Sahibkarlıq Fəaliyyətinə İcazələrin Alınması Prosesi Asanlaşdırılır: Elektron Platformaların Fəaliyyəti Genişləndirilir

01 iyul 2025 | 09:56

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün icazə, lisenziya və digər rəsmi sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış https://lisenziya.gov.az/  elektron portalı hazırda uğurla fəaliyyət göstərir.

Eyni zamanda, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara İcra Hakimiyyəti tərəfindən zəruri dəstək göstərilir. Sahibkarlara müraciətlərin icazə platforması üzərindən rəqəmsal qaydada icra olunması üçün texniki və hüquqi yardım göstərilir. Bu sahədə maarifləndirici tədbirlər də geniş şəkildə həyata keçirilir. Vətəndaşlarla keçirilən görüşlərdə elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilir və sahibkarların aktivliyi stimullaşdırılır.

Həmçinin, lisenziyaların verilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı və ödəniləcək rüsumlarla bağlı ətraflı məlumat https://asan.gov.az/service/asan-xidmetler/lisenziyalarin-verilmesi portalında yerləşdirilmişdir. Sahibkarlara təqdim olunan bütün elektron xidmətlərin tam siyahısı isə https://www.e-gov.az/az/services/topic/51/?t=business platforması üzərindən əldə edilə bilər.

Rayon İcra Hakimiyyəti sahibkarların bu imkanlardan səmərəli istifadə etmələrini təşviq edir və göstərilən elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Keçidlər