Rayonun Potu bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi üzrə keçiriləcək müsabiqə və hərrac komissiyasının iclası barədə məlumat
04 oktyabr 2023 | 16:22
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 05 oktyabr 2023-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.
Müsabiqəyə Potu bələdiyyəsinin mülkiyyətinə aid həyatyanı məqsədilə satılması nəzərdə tutulan 36 və 600 kv.m torpaq sahələri çıxarılacaq.
Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;
Tel: (020) 213 01 13.