Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Məlikkənd və Qaraməryəm bələdiyyələrinin mülkiyyətinə aid torpaq sahəsi üzrə keçiriləcək müsabiqə və hərrac komissiyasının iclası barədə məlumat

11 oktyabr 2023 | 10:48

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 12 oktyabr 2023-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.

Müsabiqəyə Məlikkənd və Qaraməryəm bələdiyyələrinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid icarəyə verilməsi nəzərdə tutulan 2 ha və 3 ha torpaq sahələri çıxarılacaq.

Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;

 

Tel: (020) 213 01 13.

Keçidlər