Rayonun Göyçay, İkinci Ərəbcəbirli və Ləkçılpaq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələri üzrə keçiriləcək müsabiqə və hərrac komissiyasının növbəti iclası barədə
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 27 iyun 2024-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.
Müsabiqəyə Göyçay və İkinci Ərəbcəbirli bələdiyyələrinin mülkiyyətinə aid həyətyanı məqsədilə satılması nəzərdə tutulan 200 və 300 kv.m torpaq sahəsi çıxarılacaq.
Həmçinin müsabiqəyə Ləkçılpaq bələdiyyəsinin mülkiyyətinə aid icarəyə verilməsi nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı 3,3 hektar torpaq sahəsi çıxarılacaq.
Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;
Tel: (020) 213 01 13.