Rayonun Çərəkə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi üzrə keçiriləcək müsabiqə və hərrac komissiyasının iclası barədə
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 14 mart 2024-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.
Rayonun Çərəkə bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin məqsədilə icarəyə verilməsi nəzərdə tutulan 4,0 hektar torpaq sahəsi müsabiqəyə çıxarılacaq.
Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;
Tel: (020) 213 01 13.