Göyçayda Səyyar ASAN xidmət avtobusu xidmət göstərəcək
01 fevral 2025 | 10:36
Göyçay rayon sakinlərinin nəzərinə!
Qəbələ Səyyar ASAN xidmət avtobusu 03 fevral 2025-ci il tarixdən – 26 fevral 2025-ci il tarixədək Göyçay rayon sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: Göyçay şəhəri, Əli Kərim küçəsi 112 (Telekommunikasiya binasının qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
- Tibb xidməti;
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Notoriat fəaliyyəti.
Qeyd: Səyyar “ASAN xidmət” avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.