Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Səyyar ASAN xidmət avtobusu vətəndaşlara xidmət göstərəcək

09 fevral 2024 | 16:34

Göyçay rayon sakinlərinin nəzərinə!

Qəbələ Səyyar ASAN xidmət avtobusu 12 fevral 2024-cü il tarixdən – 29 fevral 2024-cü il tarixədək Göyçay rayon sakinlərinə xidmət göstərəcək.

Səyyar Xidmət Məntəqəsi: Göyçay şəhəri, Əli Kərim küçəsi 112 (Telekommunikasiya binasının qarşısı)

 

Vətəndaşlara göstərilən xidmətlər:

  • Tibb xidməti;
  • Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
  • Əmək pensiyalarının təyin edilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Notoriat fəaliyyəti.

 

Qeyd: Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər