Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda əmək yarmarkası keçiriləcək

22 iyun 2024 | 19:12

25 iyun 2024-cü il tarixdə Göyçay Gənclər Evində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək.

Keçiriləcək əmək yarmarkasında 15 müəssisə tərəfindən 104-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 

#GöyçayRİH #GöyçayRayonİcraHakimiyyəti

 

Keçidlər