Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonu ərazisində ictimai iaşə obyektlərinin layihələndirilməsi və quraşdırılması üzrə növbəti müsabiqə elanı

06 oktyabr 2023 | 14:53

Rayon əhalisinin, rayonumuzun qonaqlarının mədəni istirahəti və asudə vaxtının səmərəli təşkil olunması, turizmin inkişafı eləcə də iş yerlərinin yaradılması üçün rayon ərazisində müasir üslubda, əhaliyə keyfiyyətli xidmət göstərə biləcək yüngül konstruksiyalardan ibarət ictimai iaşə obyektlərinin quraşdırılması və layihələndirilməsi üzrə Göyçay Rayon İcra Hakimiyyəti növbəti müsabiqə elan edir.

 

Müsabiqənin keçirilməsi qaydaları:

- Layihə təqdim edilməli;

- Layihədə yerin hazırki vəziyyətini əks etdirən fotoşəkili təqdim olunmalı;

- Layihə icra olunacağı təqdirdə ərazinin görüntüsü əks edilməli;

- Təklif olunan eskizdə dəqiq ölçüləri göstərilməli;

- Açılacaq iş yerlərinin sayı barədə məlumat verilməli;  

- Qeyri-yaşayış obyektinin istifadə qaydaları göstərilməli;

- Obyektin quraşdırılmasında müasir və keyfiyyətli materiallardan istifadə olunmalı və Göyçay rayonunun görkəminə yaraşmalıdır;

- Qalib bir ay ərzində obyektin tikintisini başa çatdırmalı və gələcəkdə obyekt bir aydan artıq fəaliyyətsiz qalmamalıdır;

- Obyektin ətrafındakı ərazidə aparılacaq abadlıq işləri nəzərdə tutulduğu təqdirdə layihəyə üstünlük veriləcəkdir;

 

Müsabiqənin keçirilmə müddəti:

- Layihələr 04 noyabr 2023-cü il tarixədək qəbul olunacaq, müsaqibənin nəticələri noyabr ayının əvvəlində elan ediləcəkdir;

- Müsabiqə qalibləri ilə müvafiq qanunvericiliyə uyğun olaraq müqavilə bağlanılacaq və uzunmüddətli istifadə üçün rəsmi sənəd veriləcəkdir.

 

Əlaqə məlumatları:

Müsabiqədə iştirak edən şəxslər əlavə məlumat almaq üçün Göyçay RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları ilə əlaqə saxlaya bilərlər.

Əlaqə telefonu: (02027-4-17-08)

                        051-718-11-19

Keçidlər