Göyçay Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elanı
21 oktyabr 2025 | 12:56
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Göyçay Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 5 vakant vəzifə təqdim olunub:
- Rayon İcra Hakimiyyəti başçısı aparatı, başçının köməkçisi
- Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
- Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
- Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
- Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi - baş mühasib
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 oktyabr 2025-ci il tarixindən 4 noyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Ətraflı məlumat: https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=580






