Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elanı

02 sentyabr 2024 | 15:18

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Göyçay Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub:

 

  1. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri,
  2. Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini,
  3. Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
  4. Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi.

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 2 sentyabr 2024-cü il tarixindən 16 sentyabr 2024-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi

Keçidlər