Göyçay bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi üzrə keçiriləcək müsabiqə və hərrac komissiyasının növbəti iclası barədə
19 iyun 2024 | 11:59
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 20 iyun 2024-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.
Müsabiqəyə Göyçay bələdiyyəsinin mülkiyyətinə aid həyətyanı məqsədilə satılması nəzərdə tutulan 350 kv.m torpaq sahəsi çıxarılacaq.
Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;
Tel: (020) 213 01 13.