Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Göyçay rayonunda vətəndaşları qəbul edəcək

26 iyul 2023 | 12:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev avqustun 4-də Göyçay rayonunda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 26 iyul - 01 avqust tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 

https://www.sosial.gov.az/Nazirliyin-Aparatinin-rehberi-Fuad-Musayev-Goycay-rayonunda-vetendashlari-qebul-edecek-720743?fbclid=IwAR0uDK3Ywc1q36e5TZhWUvjmBj4ToXbBgwK1DX3dwlNWrxTRw4iYvBUGo08

 

https://www.facebook.com/sosial.gov.az/posts/pfbid0Gc7AQBBAoopnKdKyFxajcirzSwpaSmabHHHNqtm8FSAbFyv6ubMxUxMtR2aMNu2vl

 

Keçidlər