Elm və təhsil naziri Göyçayda vətəndaşları qəbul edəcək
12 yanvar 2024 | 09:08
Elm və təhsil naziri Emin Əmrullayev 26 yanvar tarixində Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 17 yanvar (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.