Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Göyçay rayonunda vətəndaşları qəbul edəcək

02 iyun 2022 | 18:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 3 iyun 2022-ci il tarixdə Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Mingəçevir, Yevlax şəhəri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayonlarının sakinləri vətəndaş qəbulunda iştirak edə bilərlər.
Qəbul zamanı Mingəçevir, Yevlax şəhəri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbul 3 iyun 2022-ci il saat 10:00-dan etibarən Göyçay rayonu, Heydər Əliyev prospekti 98 ünvanında yerləşən Heydər Əliyev mərkəzində keçiriləcəkdir.
Keçidlər