Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
03 iyun 2024 | 09:22
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 5-də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (020) 274 19 53, (050) 899 88 54, chairman@scara.gov.az, dk-goychay@scara.gov.az) müraciət etmələri xahiş olunur.