Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Göyçay rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin Göyçay rayonu üzrə 2024-cü ilin vətəndaş qəbulu qrafikinə uyğun olaraq iyulun 16-sı rayonun Məlikkənd kəndində sakinləri qəbul edəcək.
Qəbulda rayonun Məlikkənd, Şıxbəy, Şıxəmir, Kürdşaban, Yenikənd və Çaxırlı kəndinin sakinləri iştirak edə bilərlər.
Qəbul saat 16:00-da Göyçay Rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçiriləcəkdir.
Qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, torpaq sahələrinin qeydiyyatı, təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılması, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.