Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göyçayda sakinləri qəbul edəcək

10 mart 2023 | 10:36

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 mart 2023-cü il tarixində Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan  sakinləri qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Göyçay və Ağdaş sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Keçidlər