Abituriyent Məsləhət Mərkəzi Göyçayda xidmət göstərəcək
22 və 23 iyul 2024-cü il tarixlərdə “Abituriyent Məsləhət Mərkəzi”i Göyçay Gənclər Evində abituriyentlərə ödənişsiz xidmət göstərəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Qərbi Kaspi Universitetin ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”i abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcəklər.