Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün kibermaarifləndirmə və süni intellekt təlimi keçirilib

27 noyabr 2026 | 16:44

Göyçay Rayon İcra Hakimiyyətinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü və 8.4.6-cı yarımbəndlərinin, həmçinin “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası çərçivəsində icra hakimiyyəti əməkdaşları üçün “Kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirici təlim keçirilib.

Rayon İcra Hakimiyyəti əməkdaşlarının rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təyin edilmiş təlimçi Ruslan Rüstəmov rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, kiber hücumların aşkar olunması və qarşısının alınması, nəticələrinin aradan qaldırılması, həmçinin süni intellekt alətlərindən təhlükəsiz istifadə barədə məlumatlar verilib.

Təlim öncəsi və sonrası yazılı sorğu keçirilərək iştirakçıların məlumatlılıq səviyyəsi qiymətləndirilib.

Keçidlər