Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Azərbaycan Bayrağı” ordeni şəhidlərin ailə üzvlərinə təqdim olundu

30 dekabr 2021 | 16:00

 30 dekabr 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Kənan Siyaqif oğlu Qafarovun və Elnur Ərəstun oğlu Əliyevin ailəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni təqdim edilib.
  Təqdimetmə mərasimində Rayon İcra Hakimiyyəti başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə uca tutulduğunu bildirib.
Şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər